Şirvanda dəhşətli intihar: Nənə 2 yaşlı nəvəsi ilə birgə özünü Kürə atdı

Azərbaycanda nənə və nəvə intihara cəhd edib.

 

Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib.

Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Dilşad Cəbrayılova nəvəsi, 2 yaşlı Tofiq Cəbrayılovla birgə özünü körpüdən Kür çayına atıb. Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində hər iki şəxs xilas edilib.

Polisdən həmçinin bildirilib ki, nəvəsi ilə birgə intihar etmək istəyən qadın ruhi xəstədir. Hazırda hadisənin səbəbləri araşdırılır.

COMMENTS