Şirvanda DƏRƏBƏYLİK: Başçının müavini ağacları atasına qurban verdi

Şirvanda DƏRƏBƏYLİK: Başçının müavini ağacları atasına qurban verdi

Şirvan şəhər icra hakimiyyətindən heç də xoş olmayan məlumatlar sizmaqda davam edir.

Belə ki, icra başçının müavini Orxan İbrahimov Ulu Öndərin adına daşıyan prospektdə 12 ədəd şam ağaclarını atasının obiyektinə qurban verib.

DOSYE.ORG məlumat verir ki, həmən ağaclar adı hallanan məmurun atasına mane olurmuş. Yəni, ağaclar inşa edilən obiyektin yolunu kəsib. Məsələ ilə bağlı O. İbrahimov Şirvan ŞİH başçısı İlqar Abbasovun diqqətinə çatdırir. Bundan sonra başçı ağacların kəsilməsinə “dabro” verir.

Görünür, həbs olunan eks-icra başçıları hələ də digərlərinə nümünə olmayıb. Məsələ bursındadır icra başçısı özü də Abşeron rayonunda obiyekt inşa etdirir və 20 ədəd şam ağaclarını məhv etdirmək üçün yollar arayır. Qanunla nəzərdə tutulur ki, dövlət məmuru sahibkarlıqla heç bir halda məşğul ola bilməz. Məsələ diqqətimizdədir və yenidən qayıdacayıq.

DOSYE.ORG

https://vt.tiktok.com/ZSrcSjCMA/

COMMENTS