Şirvanda evdən 850 ABŞ dolları oğurlanıb.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 850 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal İmanov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Dosye.org
COMMENTS