Şirvanlı sahibkar Salyan-Şirvan yoluynun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür etdi – VİDEO

Şirvanlı sahibkar Salyan-Şirvan yoluynun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür etdi – VİDEO

Şirvan sakini, 63 yaşlı əlil sahibkar Qurbanxan Dəmirov, uzunluğu 31 kilometr olan Salyan-Şirvan avtomobil yolunun əsaslı təmiriylə bağlı videomaterial hazırlayıb.

Rayonun Qarabağlı, Qaraçala və Pambıqkənd sakinləri ilə görüşərək onların xoş təəsüratlarını lentə alan sahibkar, göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə və onun xanımı Mehriban xanım Əliyevaya  minnətdarlığını  ifadə edib.

 

 Məlumat üşün bildirək ki, uzun illər əsaslı təmir olunmayan avtomobil yolu sürücülərlə yerli sakinlərə problem yaşadırdı. Məhz ölkə rəhbərinin məsələyə müdaxiləsindən sonra  yolun 20 yaşayış məntəqəsini birləşdirən Şirvan-Salyan avtomobil yolu, cari ilin fevral ayından etibarən start götürmüşdü və hazırda tamamlama işləri aparılır.

Xatırladaq ki, vətəndaşların böyük sevincinə  səbəb olan Salyan-Şirvan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir, yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 47-ci kilometridir.                                                                                                                                      Bundan başqa layihə çərçivəsində  avtobus dayanacaqlarının inşa edilməsi, yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi və siqnal dirəyi quraşdırılması işlərinin aparılması nəzərdə tutulur.

DOSYE.ORG

COMMENTS