Siyəzəndə əməliyyatlar zamanı ikisi qardaş olmaqla 4 nəfər saxlanılıb

Siyəzəndə əməliyyatlar zamanı ikisi qardaş olmaqla 4 nəfər saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan DOSYE.ORG-a verilən məlumata görə, keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında
şübhəli bilinən rayon sakinləri Musa və Seymur Paşayev qardaşları saxlanılıblar. Həmin şəxslərdən
narkotik vasitə olan marixuana, heroin, 1 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar
olunaraq götürülüb.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri İlham Dadaşov və Vaqif Əliyev
saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə olan heroin, 30 ədəd metadon həbi və
psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin şəxslərin
barələrində həbs qətimkan tədbiri seçilib.

COMMENTS