Siyəzəndə iki maşın toqquşub, 2 nəfər ölüb

Siyəzəndə iki maşın toqquşub, 2 nəfər ölüb

Siyəzən rayonunda “Kamaz” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşubr.

Dosye.org FHN-ə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bundan əvvəl Hacıqabulda minik avtomobili yük maşını ilə toqquşub.

Dosye.org

COMMENTS