Top.Mail.Ru

“Siyasətlə bağlı fikirlərimiz çox haçalandı” – Deputat

“Siyasətlə bağlı fikirlərimiz çox haçalandı” – Deputat

“Siyasətlə bağlı fikirlərimiz çox haçalandı. Dostlarımızdan bir neçəsi israr edir ki, Parlament siyasi orqandır. Onların fikirlərinə hörmətlə yanaşıram”.

Modern.az xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, parlamentin öz adı isə Qanunverici orqandır:
“İki misal çəkəcəm: Tibb Universitetinin keçmiş rektoru Yaqub Məmmədovu parlamentə sədr seçdilər. Sonda söylədiyi bir ifadə tarixə düşdü: “Biz hamımız böyük oyunun “peşka”larıyıq.” Başa düşmüşdü ki, siyasət onluq deyil.

Bakı Dövlət Universitetinin rektoru görkəmli riyaziyyatçı Mirabbas Qasımov da elmini buraxıb siyasətə gəlmişdi. Və 1991-ci ildə rəhmətlik Heydər Əliyevə dediyi sözləri xatırlayırsınızmi? Dedi: “Mən Sizdən savadlıyam.” Siyasət artıq onu çaşdırmışdı. Və bir müddətdən sonra Elm də ondan üz döndərdi.

BDU-nun filologiya üzrə mərhum professoru Şamil Qurbanovun bir siyasi fikri də tarixə düşdü: ” Jak Şirak qudurub.”

Bütün çağırışlar içərisində 1990-cı ilin parlamentindən siyasiləşmiş Parlament olmayıb. Platon yazırdı: “Ədalətli cəmiyyət o cəmiyyətdir ki, hərə öz işi ilə məşğul olur.” Mən belə cəmiyyətin arzusundayam”.

DOSYE.ORG

COMMENTS