“FETÖ-nün çox önəmli şəxsini qardaşım İlham Əliyev təslim etdi” - Ərdoğan


“FETÖ-nün çox önəmli şəxsini qardaşım İlham Əliyev təslim etdi” - Ərdoğan

Font ölçüsü

"FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının vacibliyini dəfələrlə qeyd etmişik.

Çünki bu məsələdə başqa təzahürlər meydana gəlməyə başlayıb. FETÖ-nün ABŞ Konqresində də adamları var. Bəzi vətəndaşlarımızın FETÖ barəsində danışmaqlarını, hətta kitab yazmağını anlaya bilmirəm”.

Bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, Fətulah Gülənə inanan, arxasınca gedən şəxslər var: "Ağır olsa belə, bunu demək məcburiyyətindəyik. Onlar həqiqəti öyrənməlidirlər”.

Ərdoğan, həmçinin vurğulayıb ki, dünyanın bir çox ölkələri FETÖ terror qruplaşmasının liderlərini Türkiyəyə təslim etməyə başlayıblar: "Ən son Azərbaycandan FETÖ-nün çox önəmli şəxsini sağ olsun qardaşım İlham Əliyev təslim etdi. Bundan öncə də təslim edilənlər var idi. Kosovo da 6-7 nəfəri təslim edib. Onlar olduqları yerdə hökuməti devirə biləcək bir vəziyyətə gəlmişdilər”.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.