Gürcüstan Ermənistana qaz tranziti barədə Rusiya ilə razılaşdı


Gürcüstan Ermənistana qaz tranziti barədə Rusiya ilə razılaşdı

Font ölçüsü

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi Rusiya qazının bu ölkə ərazisindən Ermənistana tranzitinə dair yeni müqavilə üzrə “Qazprom” şirkəti ilə apardığı uzunmüddətli danışıqları başa çatdırıb.

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Baş nazir bildirib ki, əldə olunan razılaşmada Tbilisinin maraqları nəzərə alınıb.

“Danışıqlar faktiki olaraq yekunlaşıb. İqtisadiyyat Nazirliyi danışıqlar zamanı iki əsas prinsipi - bizim enerji müstəqilliyimizi və yeni müqavilədə mövqelərimizi yaxşılaşdırmağı əsas tutub. “Qazprom”la danışıqlar bu prinsiplərin tam nəzərə alınması ilə başa çatıb”, – deyə Baxtadze vurğulayıb.

Onun sözlərinə görə, müqavilənin detalları hökumətin iclası başa çatdıqdan sonra İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin verəcəyi bəyanat zamanı məlum olacaq.

Azvision.az xatırladır ki, Ermənistana qaz tranziti barədə 2017-ci ildə imzalanmış Gürcüstan-Rusiya müqaviləsinin müddəti ötən ilin 31 dekabrında başa çatıb. Həmin müqaviləyə əsasən “Qazprom” Ermənistana qaz tranzitini yeni şərtlərlə həyata keçirməyə başlayıb. Belə ki, indiyədək Rusiya tranzitə görə Gürcüstana ödənişi təbii qazla edirdi. Yəni Gürcüstan Ermənistana ixrac olunan rus qazının 10%-ni özünə götürürdü. Lakin 2017-ci ildəki müqavilə ilə Rusiya 2018-ci ilin yanvarından etibarən Ermənistana satılan qazın tranzit haqqını Gürcüstana yalnız pulla ödəyib. Bu isə Tbilisini qane etməyib.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.