Top.Mail.Ru

Siyasilər arasında qarşıdurma yarandı

Siyasilər arasında qarşıdurma yarandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzinə və Maliyyə naziri Berat Albayrak və ailəsi ilə bağlı sosial şəbəkədə təhqiramiz ifadələr işlədənləri sərt tənqid edib.

Türkiyə mediası xəbər verir ki, Ərdoğan bundan sonra sosial şəbəkələrlə bağlı hüquqi tənzimlənmənin hazırlanacağını və tətbiq olunacağını bildirib:

“Nə üçün “YouTube”, “Tvitter”, “Netflix” kimi sosial şəbəkələrə qarşı olduğumuzu başa düşürsünüz? Bu cür əxlaqsızlığı aradan qaldırmaq üçün. Yalanın, böhtanın, insan haqlarına hücumun baş alıb getdiyi bu kanalların tənzimlənməsi şərtdir. Türkiyəyə, bu millətə belə kanallar yaraşmır.

Ona görə bu cür şəbəkələrin yığışdırılmasını, onlara nəzarət olunmasını istəyirik. 83 milyonluq Türkiyə vətəndaşlarının sosial şəbəkə terroru qarşısında əli-qolu bağlı qalmasını qəbul edə bilmərik.

Bununla bağlı hərtərəfli hüquqi tənzimləmə üzərində çalışırıq. Hüquqi və maliyyə sanksiyaları daxil olmaqla hər cür üsulu tətbiq edəcəyik”.

Ərdoğanın bu açıqlamasından sonra İYİ partiyasının rəhbəri Meral Akşenerlə CHP lideri Kamal Kılıçdaroğlu sosial şəbəkə hesablarında paylaşım edərək buna qarşı olduqlarını bildiriblər.

Ərdoğan “Tvitter” hesabından onlara ismarıc göndərib: “Onlar filmlərini izləsinlər, biz xidmət edib tarix yazmağa davam edəcəyik”.

MHP lideri Dövlət Baxçalı isə Albayraka və ailəsinə edilən təhqirləri pisləyib: “Sosial şəbəkə dibsiz quyuya, insaf nədir bilməyən minalı platformaya çevrilib”.

Dövlət Baxçalı bundan sonra bütün sosial şəbəkə hesablarını donduracağını açıqlayıb.

DOSYE.ORG

COMMENTS