Siyavuş Novruzov prezidentə yerini göstərdi

“Azərbaycanda QHT haqqında qanunvericilik tam olaraq Avropa standartlarına cavab verir. QHT-lərin xaricdən maliyyələşməsi şəffaf olmalıdır”.

 

Bu sözləri Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ABŞ prezidenti Barak Obamanın fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə Azərbaycanda QHT-lər haqqındakı qanunda heç bir nöqsan yoxdur.

YAP funksioneri bildirib ki, ABŞ rəhbəri Barak Obama Azərbaycanın QHT-lər haqqındakı qanununu diqqətlə oxumalıdır. “Barak Obama qanunu diqqətlə oxusun, ya da köməkçilərinə desin ki, qanunları oxuyub ona düzgün məlumat versinlər”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasında vətəndaş cəmiyyətlərinin inkişafına dair çıxışı zamanı Azərbaycandakı vəziyyətlə bağlı tənqidi fikirlər səsləndirib. Ağ Ev rəhbəri Azərbaycanda QHT-lərin fəaliyyətinə əngəllər yaradıldığını bildirib. Barak Obama bunu Azərbaycan qanunlarından irəli gələn addım kimi xarakterizə edib.

COMMENTS