Top.Mail.Ru

Şkafdan iki qız cəsədi çıxdı

Şkafdan iki qız cəsədi çıxdı

Kiyev polisləri Podolsk rayonundakı mənzillərdən birində şkafın içərisindən iki qız meyiti tapıb.

Dosye.org xəbər verir ki, bu barədə Kiyev Baş Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb. Qızlara bayram günlərində mənzili kirayə verən qadın meyiti aşkar edib. Qızların bədənində çox sayda bıçaq yarası olub.

Cəsədlər  eyvandakı şkafdan çıxarılaraq məhkəmə tibb ekspertizasına aparılıb. Əslən Kiyevdən olan qızlardan birinin 16, digərinin isə 19 yaşı olub. Qohumları onların itkin düşdüyü barədə yanvarın 2 – də elan verib. Hazırda hadisə yerində operativ istintaq işləri gedir.    /Cebhe.info/

DOSYE.ORG

COMMENTS