Azərbaycanda səfər olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı, qalmaqallı siyasi imicə malik Vladimir Jirinovski Bakı Slavyan Universitetində qonaq olub.
Dosye.org Modern.az-a istinadən məlumat verir ki, onun BSU-nun rektoru Asif Hacıyev və müəllim, tələbələrlə görüşü keçirilib. Jiriniovskini bu görüşdə də Milli Məclisin deputatı Səməd Seyidov müşayiət edib.
Rusiyalı deputat qonaqlar üçün nəzərdə tutulan kürsüdə deyil, tələbələrin yanında oturmağı üstün tutub. O, görüşdə tələbələrlə rus ədəbiyyatı ilə bağlı müzakirələr aparıb.
Rus əsərlərindən tələbələrə suallar verən Jirinovski onların cavablarından məmnun qaldığını ifadə edib.
Siyasətçinin təhlükəsizliyini təmin etmək üçün universitetə çoxlu sayda mühafizə xidməti cəlb olunub. Görüşdən sonra da heç kimin ona yaxınlaşmasına icazə verilməyib.
COMMENTS