SOCAR-da nələr baş verəcək: yeni rəhbərlik kimdən başlayacaq?

SOCAR-da nələr baş verəcək: yeni rəhbərlik kimdən başlayacaq?

“SOCAR-ın ən böyük problemi şəffaflığın olmaması, qeyri-effektiv idarəetmə idi. Zaman-zaman hətta ziyanla işləyirdi. Halbuki SOCAR ən gəlirli şirkətlərdən birinə çevrilməliydi. Daxili aktivləri ilə xarici aktivlərin qeyri-şəffaf idarə olunması böyük bir problem idi. Yeni dəyişikliklərdən sonra idarəetmənin optimallaşdırılması, effektiv idarəetmə modelinə keçidlə şəffaflığın, hesabatlılığın təminatı kimi problemlərin aradan qaldırılacağına ümid yaranır”.

Bu sözləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli SOCAR-dakı dəyişikliklərlə bağlı danışarkən deyib.Bildirib ki, bu qurumun xroniki problemlərinin həllinin zamanı yetişib: “SOCAR-ın yeni rəhbərliyinin bir müddətdən sonra bu problemlərin aradan qaldırılması yolunda addımlarını görsək, təbii ki, bunu pozitiv bir dəyişiklik kimi qiymətləndirə bilərik. Yəni SOCAR-ın xroniki problemlərinin həllinin zamanı yetişib. Əsas addım effektiv idarəetmənin tətbiqi və şəffaflığın artırılması olmalıdır. Ümid edək ki, bu istiqamətdə ciddi addımlar olacaq”.İqtisadçı vurğulayıb ki, SOCAR-ın tərkibində ona aid olmayan sahələr mövcuddur:“Yəni SOCAR-ın daxilində təhsil, səhiyyə, idmandan tutmuş müxtəlif institutlar, şişirdilmiş strukturlar var. Bu da SOCAR-a əlavə bir yükdür. Yəqin ki, ilk addım idarəetmənin optimallaşdırılması olacaq”.N.Cəfərli Dövlət Neft Şirkətinin yeni birinci vitse-prezidentindən gözləntilər barədə də danışıb:

“Rövşən Nəcəf gənc kadrdır və yüksək təhsilə, idarəetmə təcrübəsinə malikdir. SOCAR-da olan problemləri dərindən analiz edib, həmin problemlərin üzərinə getməsini gözləyirik”.

DOSYE.ORG

COMMENTS