SOCAR-ın Tbilisidikə yanacaqdoldurma məntəqəsində (YDM) edilmiş hücum nəticəsində iki nəfər yaralanıb.
ANS PRESS-in Trend-ə istinadən məlumatına əsasən, insident bazar ertəsi gecə saatlarında Quramişvili küçəsində baş verib.
Şahidlərin sözlərinə görə, bir neçə nəfər YDM-ə hücum edərək meneceri və məntəqənin operatorunu ayağından yaralayıb. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.
Şahidlər bildiriblər ki, onlar xeyli qan itiriblər: “Onların vəziyyəti nə qədər ağır olduğunu deyə bilmərik”.
Gürcüstan Daxili İşlər Nazirliyi SOCAR-ın Tbilisidəki yanacaqdoldurma məntəsində baş vermiş cinayətin üstünü açıb. Bədən xəsarətləri yetirmək ittihamı üzrə 1993-cü il təvəllüdlü Z. U. operativ istintaq tədbirləri nəticəsində saxlanılıb.
Məlumata görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs bu il martın 23-də SOCAR-ın Quramişvili prospektində yerləşən YDM-də söz atışması zamanı soyuq silahla 1991-ci il təvəllüdlü operator Zurab A. və 19983-cü il təvəllüdlü Cəfər A.-nı ayağından yaralayaraq hadisə yerindən qaçıb.
Xəsarət alanalar xəstəxanya yerləşdiriliblər. Polis Zurab U.-nu hadisədən bir neçə dəqiqə sonra saxlayıblar. Əşyayi dəil qismində cinayət aləti olan bçaq ələ keçirilib.
COMMENTS