SOCAR-ın sponsoru olduğu komanda İrəvanda qalib gəldi – oyun efirə verilmədi

SOCAR-ın sponsoru olduğu komanda İrəvanda qalib gəldi – oyun efirə verilmədi

Ermənistan telekanalları Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Ararat” (Ermənistan) – “Saburtalo” (Gürcüstan) matçını canlı yayımlamaqdan imtina edib.

Qol.az xəbər verir ki, buna səbəb “Saburtalo”ya Azərbaycanın dövlət şirkəti SOCAR-ın sponsorluq etməsi olub. Ermənilər SOCAR-ın loqotipini göstərməmək üçün oyunu yayımlamayıb.

Qeyd edək ki, İrəvanda keçirilən görüşdə “Saburtalo” 2:1 hesablı qələbə qazanıb.

DOSYE.ORG

COMMENTS