SOCAR Türkiyədə 3.2 milyardlıq saziş imzalayıb

SOCAR Türkiyədə 3.2 milyardlıq saziş imzalayıb

Mayın 30-da SOCAR Turkey Energy və 23 maliyyə institutu arasında ümumi məbləği $3,29 mlrd. həcmində kredit sazişi imzalanıb. Kredit Izmirdə yeni Star NEZ-in inşası layihəsinin maliyyələşdirilməsi üçün ayrılacaq. Türkiyənin ictimai xəbər saytında yerləşdirilən məlumata görə, bu məbləğin $2,69 mlrd.-ı 18 il müddətinə (4 il güzəştli dövr olmaqla ? tikinti dövrü), qalan $600 mln.-u 15 il müddətinə (4 il güzəştli dövr olmaqla) ayrılacaq.

Layihənin maliyyələşdirilməsində iştirak edən bankların adları açıqlanmır. Lakin bundan əvvəl SOCAR-ın nümayəndələri bildirmişdilər ki, Star NEZ layihəsinin kreditləşməsində Ispaniya, Italiya, Yaponiya, ABŞ və Cənubi Koreyanın ixrac-idxal bankları, həmçinin 15 kommersiya bankı iştirak edir.

Bu layihənin maliyyələləşdirilməsinə Neft Fondundan $475 mln. ayrılıb. Star NEZ-in inşası üzrə layihənin ümumi dəyəri $5,6 mlrd. təşkil edir.

COMMENTS