ŞOK: Adı adam oğurluğunda hallanan şəxs deputatlığa namizədliyini irəli sürüb?

ŞOK: Adı adam oğurluğunda hallanan şəxs deputatlığa namizədliyini irəli sürüb?

Dosye.org-ın məlumatına görə, Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov 62 saylı Saatlı seşki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, bir müddət öncə adı inanılmaz qalmaqallarda hallanan K. Seyidovla bağlı son günlər daha maraqlı məlumatlar daxil olub. Lakin məlumatın araşdırılması istiqamətində bəzi işlərin getdiyini nəzərə alıb açıqlamağa ehtiyac duymadıq.

Onu da nəzərinizə çatdıraq ki, K.Seyidovla bağlı bir neçə məlumatın dəqiqliyinə heç bir şübhə yoxdur. Adam oğurluğunda adı hallanması və bir qurup şəxslərlə cinayət əlaqəsinə girdiyini nəzərə alsaq, belə bir şəxsin Millət Vəkili iddiası olduqca gülüncdür. Moskva şəhərində baş verən hadisəni bir daha diqqətinizə çatdırırıq.

“Azad Respublikaçılar” partiyasının sədri Kamil Seyidovla birgə Moskvada fəaliyyət göstərən iş adamı Vahid Əzizovu oğurlatdırmaları və bunun qarşılığında onun ailəsindən 115 min manat pul tələb etdiyi bildirilir. Həmin fakta görə, Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.1 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb və iş adamını oğurlayan dörd nəfər: Roman Bağırov, Elvin Əzizov, Bəhruz Qafarov və Fazil Ağayev həbs olunublar. Bu şəxslərə 4-5 il müddətinə azadlıqdan məhrumetmə cəzası da kəsilib. Lakin V.Əzizov bu işin arxasında əslində Hüseynov qardaşlarının və K.Seyidovun olduğunu bildirərək yenidən şikayət ərizələri yazıb, həmçinin məhkəmənin ədalətsiz keçirilməsinə dair iddia qaldırıb.

Əfsüslər olsun ki, adı böyük kiriminal hadisələrində hallanan şəxsin namizədliyini irəli sürdüyü gözlənilməz idi. Bütün bunlara baxmayaraq, rayon sakinləri 62 saylı Saatlı seşki dairəsindən Milli Məclisə öz layiqli namizədini seçəcəkdir.

“Azad Respublikaçılar” partiyasının sədri Kamil Seyidovla bağlı araşdırmalarımız davam edir. Bizi ziləməyi unutmayın.

DOSYE.ORG

COMMENTS