ŞOK İDDİA: Ukrayna 400 hərbçisini itirdi

Donetsk vilayətinin Marinka şəhəri yaxınlığında gedən döyüşlərdə təxminən 400 ukraynalı hərbçi öldürülüb.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun “dövlət başçısı” Aleksandr Zaxarçenko bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusunun hərbi texnikasının 60-ı məhv edilib. Amma separatçıların lideri həmişə olduğu kimi bu dəfə də sözlərini dəlillərlə sübut edə bilməyib.

Qeyd edək ki, dünən Ukrayna Prezident Administrasiyasının anti-terror məsələləri üzrə sözçüsü Andrey Lısenko iyunun 3-də gedən döyüşdə separatçıların itkilərini açıqlayıb. Onun sözlərinə görə, döyüşlərdə təxminən 80 separatçı öldürülüb, 100-dən çoxu yaralanıb. Lısenko rəqibin 10 zirehli texnikasının məhv edildiyini deyib.

Marinka şəhəri uğrunda döyüşlər separatçıların hücuma keçməsindən sonra başlayıb. Lakin Ukrayna ordusunun dəqiq zərbələri Rusiyapərəst qüvvələri itki verərək geri çəkilməyə məcbur edib. Zaxarçenko hətta ona tabe olan qüvvələrin ciddi itki verməsi səbəbilə geri çəkilməsi barədə “fərman” verməyə belə məcbur olub.

COMMENTS