ŞOK: Türkiyə səfirliyinin sürücüsü Oqtay Aras saxlanıldı

Dosye.org bildirir ki, Qafqaz Xəbər Agentliyinə daxil olan məlumata görə, mart ayının 7-də qonşu Gürcüstandan ölkəmizə “Qırmızı körpü” vasitəsilə qardaş Türkiyənin səfirliyinə məxsus “Mercedes” markalı avtomobil sərhəddi keçərkən saxlanılıb. Avtomobilin sükanı arxasında səfirliyin sürücüsü Oqtay Aras olub.

Gömrükçülərdə şübhə doğuran bu şəxsin idarə etdiyi avtomobildən 30 min dollar dəyərində siqaret aşkar olunub. Gömrük bəyannaməsi olmayan, yəni qaçaqmal yolu ilə keçirilən siqaret Tovuz Gömrük idarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Dövlət Gömrük Komitəsinin istintaq idarəsinə təhvil verilib.

Faktla bağlı istintaq araşdırması aparılır.

Məlumat üçün bildirək ki, mal keçirən şəxsdə gömrük bəyannaməsi olmadan 4 min manatdan yuxarı mal aşkar olunarsa, AR CM-nin 206.3.2 maddəsi ilə cinayət işi qaldırılır. Məlumata görə Oktay Aras Türkiyə səfirliyində həyat yoldaşı ilə birgə çalışır və bu olay ilk dəfə deyil. Səfirliyin sürücüsü bir neçə dəfə belə əməllərə görə saxlanılsa da sonradan məsuliyyətdən qurtara bilib. (qafqaznews.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS