“Son anda “Qarabağ”a “yox” dedim” – Fossati

“Son anda “Qarabağ”a “yox” dedim” – Fossati

İtaliyalı futbolçu Marko Fossati “Qarabağ”dan təklif aldığını açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə o, jurnalist Nikola Şiranın İnstaqram kanalına müsahibəsində bildirib.

Hazırda B seriyası təmsilçisi “Montsa”da oynayan 27 yaşlı yarımmüdafiəçi  təklifi ötən yay aldığını söyləyib: “Avqustda transfer pəncərəsinin son günü “Qarabağ”a “yox” dedim. Çünki İtaliyada qalıb burada çıxış etmək istəyirdim”.

DOSYE.ORG

COMMENTS