Top.Mail.Ru

SON DƏQİQƏ: Milli Məclisin ilk plenar iclası başladı

SON DƏQİQƏ: Milli Məclisin ilk plenar iclası başladı

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

İclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir. İclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib. İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

COMMENTS