“Sonra mənı qınamayın”- Elman Nigaran

Verəndə var, alanda var

Kim deyir ki, mən satmıram, mən vermirəm. mən almıram,
Halal nədir, haram nədir heç birindən də dadmıram.
Boş vədlərə mən uymuram, xəyallara mən dalmıram,
Kim bilmir ki, bu dünyada verəndə var, alanda var.

Deyirlər ki, rüşvət olmaz haramdır o müsəlmanə,
Cinayıtdir, cinayətdir nəzər salın bir quranə.
Ay uyanlar, uyduranlar nə vaxt gəlsəniz imanə,
Bilərsiniz bu dünyada verəndə var, alanda var.

Oldu sənin hesabına kimlər kişi, kimlər qadın,
Sən şirinsən, sən nemətsən damağlardan getmir dadın.
Məmurların peysərində hətda dalğalanır adın,
Möhürlərdə qeyd olunub. alanda var, verəndə var.

Qədir bilməyənlər səni indi salıbdır hörmətdən,
Ayılmırlar müsübətdən, ayılmırlar du dəhşətdən.
Yaxşılığa yamanlıqdır, üzündə dönüb töhmətdən,
Nə yaxşı ki, bu dünyada verəndə var, alanda var.

O olmasa müdir olmaz, o olmasa nazir olmaz,
Dərk edirəm anlayıram, büyürdüyüm hazır olmaz.
Müşələrdə aslan olmaz, pələng olmaz nə şir olmaz,
Bu şuardır bu dünyada verəndə var, alanda var.

Elman sənə qibtə edir sən ki, başların tacısan,
Kəbleyisən, məşhədisən Allaha şükür hacısan,
Yeyənlərin şirin-şirin, qusanların sən acısan,
Axır zaman gəlsə yenə bu dünyada verəndə var, alanda var.

İnan mənə, inanmasan qənim olsun Quran mənə

Dedim qaytar ocağımı, dedilər ki, qayıdacaq,
İtirmişəm sorağımı dedilər ki, qayıdacaq.
Qaytar ana torpağımı dedilər ki, qayıdacaq,
Xırda-xırda, şirin-şirin çox dedilər yalan mənə.
İnan mənə inanmasan qənim olsun Quran mənə.

Qorxa-qorxa yatan gördüm gözlərimə inanmadım,
Torpağını satan gördüm gözlərimə inanmadım.
Qeyrətini atan gördüm gözlərimə inanmadım,
Dözmür ürək, dözsə əgər haram olsun bu can mənə.
İnan mənə inanmasan qənim olsun Quran mənə.

Çox səsləri batırdılar birdən-birə yalan deyil,
Nahaq haqqın kürəyini vurdu yerə yalan deyil.
Millətimi qərq etdilər qəm kədərə yalan deyil,
Bu nə sirdir pərvərdigar, gözlə deyir zaman mənə.
İnan mənə inanmasan qənim olsun Quran mənə.

Kimlər gəldi, kimlər getdi bu dünyadan, Azərbaycan,
Tarix sənə son sözünü bir gün deyər, Azərbaycan.
Zərrə qədər olsa yenə qalıb güman, Azərbaycan,
Ey yaradan yalvarıram verərsənmi aman mənə?
İnan mənə inanmasan qənim olsun Quran mənə.

Car çəkmişəm kainata ayıl dedim ayılmadı,
İstəyimiz, tələbimiz heçdə doğru sayılmadı.
Haqqı deyən şairimiz öz fikrində yanılmadı,
Haqq yolundan çəkilmərəm vursanızda tiyan mənə.
İnan mənə inanmasan qənim olsun Quran mənə.

Bir tikəni qardaş kimi min bir yerə bölməliyik,
Biz Vətən üçün yanmalıyıq, biz Vətən üçün sönməliyik.
Əvvəl-axır and içməli haqq yoluna dönməliyik,
Əldə Quran, alnı açıq bu yol gəlir asan mənə.
İnan mənə inanmasan qənim olsun Quran mənə.

Damarımda axan qanım söz verirəm vicdanıma,
Söz verirəm Ulu Tanrı, söz verirəm imanıma.
Haqq-ədalət mənimlədir qəsd etsələrdə canıma,
Bir gün gələr eşidərsiz deyirlər qəhrəman mənə.
İnan mənə inanmasan qənim olsun Quran mənə.

COMMENTS