Terror qruplaşması ilə əlaqəli sosial şəbəkə hesabları “əngəllənəcək”
Avropa sosial şəbəkələrin İŞİD-dən təmizlənməsinə qərar verib.
ANS PRESS-in məlumatına görə, Avropada sosial şəbəkələrdə İŞİD ilə əlaqəli hesabların tapılması və əngəllənməsi üçün polislərdən ibarət xüsusi komanda yaradılır.
Polis “islamçı” hesabların müəyyənləşdirilməsi üçün işə iyul ayının birindən başlayacaq.
Vaşinqtondakı Brookings İnsititutunun araşdırmasına görə, təkcə “Twitter”də bu terror qruplaşma ilə birbaşa və ya dolayı yolla əlaqəli 90 minə yaxın hesab var.
ABŞ-da aparılmış araşdırmaya əsasən isə, təkcə Twitter-də 46 min belə hesab var.
Bu hesablar vasitəsilə qruplaşma öz sıralarına yeni üzvlər cəlb etməyə çalışır.
Avropa Polis Agentliyi (Europol) bir neçə sosal media şirkəti ilə işləyəcəyini bildirsə də, şirkətlərin adı açıqlanmayıb.
COMMENTS