Əkiz bacılar Sevil və Sevinclə duet ortaqları Nurlan Təhməzlinin arasından “qara pişik” keçib.
Aktual.az-ın məlumatına görə, bacıların ifa etdiyi Nurlan Təhməzli imzası olan “Əzab” mahnısı onların arasında nifaq yaradıb.
Nurlan öz bəstəsinin fərqli oranjiman olunub klip çəkdirilməsindən narazı qalıb. Qızlar isə öz növbəsində Nurlanın fikirlərini bir o qədər də önəmsəmədiyini söyləyiblər: “Vallah, o, bizə əvvəl bəyəndiyini demişdi… O, mahnıda başqa ürəyi görürdü, biz də başqa ürəyi görüb oxumuşuq. Axı mahnı pis alınmayıb?! Bir ay ərzində 150 min baxış sayı toplamışıq”.
COMMENTS