“Sovet müəllimi anlayışı ilə heç nə etmək olmaz”

“Sovet müəllimi düşüncəsi ilə təhsildə heç bir yenilik əldə etmək olmaz”. Modern.az xəbər verir ki, bunu Qubada “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi”ndə təhsil eksperti Asif Cahangirov deyib.

 

Onun sözlərinə görə, kurikulum üsulunu tətbiq etmək üçün sovet təhsilindən uzaqlaşmaq lazımdır: “Müasir müəllim dərk etməlidir ki, şagir ondan çox bilə bilər. Çünki hazırda elektron vasitələrin çoxluğu uşaqların qarşısında geniş imkanlar açır”.

 

Ekspert müəllimlərin əməkhaqqı məsələsinə də toxunub: “Müəllimlər üçün hədəflənən əmək haqqı hazırkı məbləğdən daha yüksəkdir. Belə ki, strategiyada orta aylıq əmək haqqı 950 manat planlaşdırılır. Minumum 650, maksimum isə 3000 manatdan da çox olar bilər”.

 

A.Cahangirov həmçinin şagirdlərin adambaşına maliyyələşdirilməsi məsələsindən danışıb: “Hazırda Azərbaycanda 1 şagirdə xərclənən məbləğ 600 manatdır.

 

Amma strategiyada planlaşdırılır ki, bu məbləğ 15000 manata çıxarılmalıdır. Düzdür, bunu bir il ərzində etmək olmaz. Amma ildən-ilə müəyyən məbləğ artırılıb həmin məbləğə çata bilərik”.

 

Asif Cahagirov valideynlərə də müəyyən məsləhətlər verib: “Biz o vaxt müasir məktəbi quracağıq ki, valideynlər “mən və mənim uşağım” düşüncəsindən əl çəkib, “mən, mənim uşağım və mənim uşağımın təhsil aldığı məktəb” anlayışına keçsinlər.

 

Müasir məktəbi idarə etmək 10-15 il əvvəldən qat-qat çətindir. İdarəetmədə sistemli yeniliklər və hərtərəfli dəstək olmalıdır. Təhsil Nazirliyi regional təhsil idarələrini yaratmaqla məktəbin avtonomiyasına təkan verəcək. Həm də məktəblərə nisbətən muxtariyyət verəcək”.

COMMENTS