Söyün Sadıqov: “Bu gün ölkədə bütün sağlam qüvvələr prezident Vladimir Putinin ətrafında birləşməlidir”

“Boris Nemtsovun qətli gözlənilən yaz ayında ən böyük müxalifət yürüşünə hesablanmış provokasiyadır” Bunu dosye.org-a açıqlamasında V.V. Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Boris Nemtsovun ölümünün sifarış olub-olmamasından danışarkən deyib. Onun sözlərinə görə, böyük ehtimala qətli heç də professional biriləri törətməyib və həmin adamlar sadəcə siyasi fanatlardır:

“Hansıları ki, cəmiyyət arasında psevdo-millətçilər adlandırırlar.çünki onlar acizcə öz güclərini istənilən variantlarla nümayiş etdirməyə çalışırlar. Amma bu sadəcə ehimallardan biridir. Çünki, sadə bir fanatların Kremlin qarşısında, bütün kameraların tuşlandığı bir nöqtədə atəş açması olduqca risklidir. Ən inandırıcı variant isə bu ölüm aktının xarici xüsusi əməliyyat nümayəndələri tərəfindən yaxşı oplanlaşdırılmış olmasıdır. Məqsəd bəllidir. Bu birbaşa Rusiya prezidenti Vladimir Putini şübhə altına salmaqdır. Provokasiyanın nəticəsi göz qabağındadır. Bu gün Qərbdə Antirusioya və Antiputin isterik dalğası baş qaldırıb. Biz bunu onların KİV-də də açıq qydın görürürk. Onlar Rusiyanı izolyasiya etmək və yeni sanksiyaların tətbiq olunması üçün Rusiyadan düşmən obrazı yaradırlar. Hesab edirəm ki, Boris nemtsovun qətli rusiya hakimiyyəti üçün heç də yaxşı deyildi. Çünki bu gün birbaşa olaraq Rusiya hakimiyyəti Qərbin KİV-orqanlarının təzyiq və hücumuna məruz qalır. Bu gün bilmək lazımdır ki, Putinin nüfuzu olduqca yüksəkdir. Ona görə də, zəif bir müxalif rəqib hesab etmək olmaz. Putin bu gün mövcud durumu ideoloji metodlarla kontrol etməyə müvəffəq olacaq. Bu gün Vladimir Putinin nüfuz qazanmasında Krım və Donbassdakı sülhməramlı siyasəti rol oynayır. Eyni zamanda o dünyanı onunla hesablaşmağa məcbur etdi. Bütün bunlar Vladimir Putini ölkə daxilində olduqca populyar edir. Ona görə də, hesab edirəm ki, ən real variant xaricio qüvvələrin Boris Nemtsovu öldürməsidir. O zaman belə bir sual meydana çıxır. Nə üçün qətli törətmək üçün məhz Kremlin yanı seçilmişdi? Bu böyük ehtimalla Qərb KİV nümayəndələri üçün lazimi şəklin təsəvvürünü yaratmalı idi. Buna görə də, hüquq mühafizə xidmətio əlindən gələni edib ən qısa zamanda qatili tapmalıdır. Qatilin həbsi isə qətlin əsl sifarişçisinin kim olduğunu üzə çıxarmağa yardım edəcək. Bununla yanaşı araşdırmaların gedişatı haqqında mütəmadi cəmiyyəti bilgiləndirmək gərəkir. Hər şeyin şəffaf olduğuna onlar əmin olmalıdırlar. Mən əminəm ki, bu cür vəziyyətdə Rusiya xalqı müdriklik nümayiş etdirəcək və ölkədə vəziyyətin destabilizə edilməsinə yol verməyəcək. Hesab edirəm ki, bu gün ölkədə bütün sağlam qüvvələr prezident Vladimir Putinin ətrafında birləşməlidir. Bizim ölkəmiz nəinki xarici təzyiqləıri, həm də özünün beynəlxalq mövqeyini möhkəmlətməlidir”.

COMMENTS