“Space” telekanalında meyxanaçılar dalaşdı

Dosye.org saytına meyxanaçılarla bağlı maraqlı məlumat daxil olub.

Belə ki, tanınmış meyxanaçı Pərviz Bülbülə ilə həmkarı Namiq Məna arasında insident yaşanıb. Sənət mübahisəsi nəticəsində yaranan qalmaqal getdikcə tərəflər arasında münaqişənin dərinləşməsinə gətirib çıxarıb.

Bu münaqişəyə son qoymaq üçün Pərviz Bülbülə ilə efirdə görüşmək istəyən Namiq Mənanın cəhdləri boşa çıxıb. Pərviz verilişdə onu pərt edərək yanına qoymayıb. Həmkarının bu hərəkəti Namiq Mənanı özündən çıxarıb. Bütün bunlar Space” televiziyasının efirində “Gör, kim gəldi” verilişində baş verib.

Əldə etdiyimiz məlumata görə, verilişdən sonra tərəflər arasında qalmaqal yaşanıb. Hətta əlbəyaxa dava həddinə çatan “razborka”nı güclə sakitləşdiriblər.

Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanan verilişin ideya müəllifi “Space” televiziyasının prezidenti Vaqif Mustafayev, rejissoru Xamis Xanlaroğlu, operatoru Pərvizdir.

Veriliş hər həftənin cümə günü axşam saat 21.45-da, təkrarı bazar günü saat 14.15-də yayımlanır.

Dosye.org

COMMENTS