“Sparta” qalib gəldi, “Şerif”dən cavab qolu (YENİLƏNİR)

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

 

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

Günün ilk qarşılaşması Çexiyada baş tutacaq. Burada yerli “Sparta” (Praqa) klubu İsveç çempionu “Malmö”nü sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Digər görüşdə “Slovan” (Slovakiya) öz meydanında “Şerif”i (Moldova), “Debretsen” (Macarıstan) isə BATE (Belarus) klubunu qəbul edəcək.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin qalan ilk oyunları sabah axşam keçiriləcək. Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Avstriyanın “Zalsburq” klubunu qəbul edəcək.

29 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları

22:30. “Sparta” (Çexiya) – “Malmö” (İsveç) – 4:2
Qollar: Forsberq, 17 (0:1), Lafata, 22 (1:1), Zelin, 27 (1:2), Lafata, 51 (2:2), Kovaç, 52 (3:2), Lafata, 70 (4:2)

23:15. “Slovan” (Slovakiya) – “Şerif” (Moldova) – 1:1 (İkinci hissə)
Qol: Zofcak, 42 (1:0), Rikardinyo, 74 (1:1)

23:30. “Debretsen” (Macarıstan) – BATE (Belarus) – 1:0 (İkini hissə)

COMMENTS