“Sportinq” “Qarabağ”la oyuna gəncləri də gətirir

“Sportinq” “Qarabağ”la oyuna gəncləri də gətirir

“Sportinq” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la oyun üçün Bakıya bir neçə gənc futbolçu gətirməyi planlaşdırır.

Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, komandadakı zədəsini sağalmaq üzrə olan futbolçuları riskə atmamaq üçün baş məşqçi Marsel Keyzer gənclər komandasının B sifarişində yer alan bir neçə oyunçusunu Ağdam klubu ilə matçın heyətinə daxil etməyi düşünür.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.

Dosye.org

COMMENTS