“STOP Nikol” – Ermənistanda yeni hərəkat yaradılır

“STOP Nikol” – Ermənistanda yeni hərəkat yaradılır

Ermənistanda mövcud hakimiyyət əleyhinə yeni milli hərəkat yaradılır. 

DOSYE.ORG “Armenia News”a istinadla xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz Facebook səhifəsində yazıb.

O, hərəkatın “STOP Nikol” xalq müqavimət hərəkatı adlandığını qeyd edib.

“Erməni dünyası öz namusunu, təhlükəsizliyini, dinc dövlətçiliyini bərpa edəcək. “Artsax” və Ermənistan dövlətin möhkəmləndirilməsi, hərbi-siyasi mövqelərin bərpası və Artsaxın inteqrasiyasının əsl yolunu yenidən kəşf edəcəklər”, – deyə Zakaryan bəyanatında qeyd edib.

COMMENTS