STP rəhbərliyi ölkə başçısının səsinə səs vermədi

STP rəhbərliyi ölkə başçısının səsinə səs vermədi

Ölkəmizdə koronavirus(COVİD19) pandemiyası ilə amansız mübarizə getdiyi hər birimizə məlumdur.

Baxmayaraq ki, vəziyyət müsbətə doğru dəyişir və bütün səylər öz bəhrəsini verməkdə davam edir. Xüsusi karantin rejiminin tədbiqi və digər qabağlayıcı tədbirlər sözün həqiqi mənasında xalqımızı bu bəladan olsa xilas etdi. Əlbətdə ki, belə bir məqamda dövlət başçısı cənab İlham Əliyevin yanında olmaq, çağırışına səs vermək hər bir sahibkarın mənvəi borcu idi.

Bir neçə sahibkarın Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməsi və maddi yardım göstərməsi alqışalayiqdir. Lakin Sumqayıt Texnologiyalar Parkının və rəhbərliyinin adının olmaması və eyni zamanda ölkə başçısının çağırışına səs verməməsi olduqca məyusedicidir. Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihədir. 17 zavodu birləşdirən böyük Texnoparka dövlət büdcəsindən böyük həcmdə sərmayə qoyulub və texnoparkun qurulmasında ən müasir texnologiyalardan istifadə olunub. Amma buna baxmayaraq ölkənin bu ağır günündə STP və rəhbərliyinin proseslərdən kənarda qalması başa düşülən deyil.

Əldə etdiyimiz son məlumatlara görə, STP-nin Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməməsinin əsas səbəbi maliyyə vəziyyətinin həddindən artıq pis olması ilə bağlıdır. Belə ki, istehsalat təcrübəsi olmayan STP rəhbərliyinin bərbad idarəetməsi nəticəsində texnopark tam potensialı ilə işləmir. Həmçinin, rəhbər şəxslərin merkantil maraqları və idarəetmənin şəffaf olmaması da STP-nin maliyyə vəziyyətinə təsir edib.

Maraqlı məqam ondan ibarətdir ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru, “Expressbank”a da rəhbərlik edən Emin Məmmədovun. Məlum üçün qeyd edək ki, STP-dəki fəaliyyəti dəfələrlə mediada tənqid olunub…

DOSYE.ORG

COMMENTS