“Putin ordusunun silahları və tankları heç vaxt Ukrayna xalqının ruhunu sındıra bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.
“Vladimir Putinin arsenalında olan bütün tanklar və silahlar heç vaxt Ukrayna xalqının ruhunu sındıra və onun vətənini işğal edə bilməyəcək. Britaniya heç vaxt dostlarımızı dəstəkləməkdən imtina etməyəcək və şübhə etmirəm ki, bu iztirab dövrü başa çatdıqdan sonra Ukrayna yenidən yüksələcək, azad və suveren ölkələr sırasında öz yerini tutacaq”, – Conson bildirib.
O əlavə edib ki, Rusiya işğalından sonra ukraynalılar vətənlərini yenilməz cəsarət və dözümlə müdafiə edirlər: “Ukraynalıların şücaətinə və vətənpərvərliyinə heyranıq. Bizim işimiz onlara dəstək olmaqdır”.
Conson həmçinin bildirib ki, Böyük Britaniya son bir neçə ildə Ukrayna üçün xeyli iş görüb: “Ukrayna Silahlı Qüvvələrinin 22 mindən çox hərbçisinə təlim keçib, silahla təmin edib, humanitar və iqtisadi yardım üçün 400 milyon funt-sterlinq ayırıb. Üstəlik, 150 min britaniyalı ailə artıq ukraynalı qaçqınlara sığınacaq verməyi təklif edib”.
DOSYE.ORG
COMMENTS