“Norveçə qarşı oyuna şox səylə hazırlaşırıq. Komanda yoldaşlarımda böyük inam hiss olunur. Sabahkı matç çox vacibdir. Çalışacağıq ki, doğma meydanda hamını sevindirək. Əlbəttə, yeni baş məşqçi gələndə fərq də hiss olunur”.
Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Rauf Əliyev “Avro-2016″nın seçmə mərhələsində Norveçlə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
“İndi köklənmə daha yaxşıdır. İstəməzdik desinlər ki, bütün günah futbolçulardadır. Hamı deyir ki, Foqtsda 50 faiz günah varsa, qalanları da futbolçulardadır. Ancaq sübut edəcəyik ki, günah bizdə deyil. Mənim üçün fərq etməz harda oynayıram. Harada istəsələr, orada da oynayacam” – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan-Norveç qarşılaşması sabah, saat 21:00-da başlayacaq.
COMMENTS