Süleyman Mikayılov və 100 manatlıq “mirzələr”

Bu gün regionlarda baş verən qanunsuzluqlarla bağlı ölkə mətbuatında çoxsaylı təkzibolunmaz faktlar dərc olunur.

 

Sevindirici hal isə ondan ibarətdir ki, artıq müvafiq orqanlar medianın işıqlandırdığı problemlərə barmaqarası baxmır və onların araşdırılması istiqamətində əməli addımlar atır. Bu isə çoxdan bəri gözlənilən və arzu edilən media-idarəçilik əlaqəsinin arzuolunan səviyyədə qurulmasının göstəricisi sayılmalıdır. Amma bundan narahat olanlar da az deyil.

 

Belə ki, korrupsiya və rüşvətxorluq girdabında çabalayan elə strukturlar da var ki, onlar əməllərinin mediada işıqlandırılımaması məqsədilə orijinal üsul icad ediblər. Belə ki, nüfuzlu media quruluşları ilə aylıq ödəmə şəklində anlaşmaya gedən həmin strukturlar bununla da mediadakı təhlükəsizliyini təmin etmiş olurlar.

 

Həmin qurumlardan biri isə Qaradağ Rayon İcra Hakimiyyətidir. Xalqxeber.Az-a daxil olan məlumata görə Qaradağdakı neqativ halların işıqlandırılmasının qarşısının alınması işi rayon icra hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini və başçının köməkçisinə həvalə olunub.

 

O, isə yerli idarə və müəssisələrdən hər ay pul yığaraq anlaşdığı qəzet və saytlara göndərir. Əldə etdiyimiz məlumatda isə bildirilir ki, icra hakimiyyətinə təqdim olunan saytların siyahısında Xalqxeber.Az saytının da adı varmış.

 

Amma biz Xalqxeber.Az olaraq bundan xəbərsiz olduğumuzu bəyan edir və adımızdan kimlərin yararlandığı yönündə araşdırmalara başladığımızı bəyan edirik. Eyni zamanda yaxın günlərdə Qaradağ RİH başçısı Süleyman Mikayılovun imzasıyla həyata keçirilən şok maxinasiyalarla bağlı ilginc faktları diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin. 

COMMENTS