“Sülh” deyəndə hamı fərqli-fərqli şeylər başa düşür. O vaxt sülh bərqərar ola bilər ki, münaqişəni təşkil edən problemlər öz həllini tapsın. Hazırda çərçivə sülh sazişi ilə bağlı iş gedir. Amma layihədə real məsələlər öz həllini tapmayacaq”.
Bu sözləri “Yeni Sabah”a politoloq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O, qeyd edib ki, Ermənistandakı revanşistlərin ümid yeri fərqli olsa da, mahiyyət olaraq, istəkləri eynidir:
“Ermənistanın siyasi elitası, həm iqtidar, həm də müxalifətin bəzi nümayəndələri revanşist ideologiyanın xəstəsidir. Sadəcə, onlar başa düşürlər ki, revanşist ideologiyanı həyata keçirmək üçün xaricdən dəstək lazımdır. Bir qisminin ümidi Moskvaya, digər bir qisminin ümidi isə Qərbədir. Misal üçün, Fransaya.
Bu baxımdan, eyni siyasi istəkləri olsa da, gözlənti yerləri fərqlidir. Qismən də olsa, Azərbaycan bunu görür və başa düşür. Çünki dövlət başçısı da vaxtilə deyib ki, həmsədrlərin üçü də ermənipərəst mövqedə idi. İrəvanın isə Rusiya ilə bağlı bəyanatları kəskin görünsə belə, real addımlar demək olar ki, yoxdur.
Sərhədlərlə əlaqədar olaraq, dava-qırğından sonra “Zvartnots” aeroportunda olan rusiyalı sərhədçiləri çıxardılar. Amma yüzlərlə, bəlkə də minlərlə rus sərhədçi hələ də Ermənistanın-Türkiyə və Ermənistan-İran sərhədini qoruyur. Ermənistan bunu, bir növ, təbliğat şəklində istifadə edir ki, Qərbdən hansısa dəstək alsın. Mən bu məsələlərə çox bədbin yanaşıram”.
Tofiq Zülfiqarov diqqətə çatdırıb ki, sülh sənədinin imzalanması sülhün bərqərar olması demək deyil:
“Sülh” deyəndə hamı fərqli-fərqli şeylər başa düşür. O vaxt sülh bərqərar ola bilər ki, münaqişəni təşkil edən problemlər öz həllini tapsın. Hazırda çərçivə sülh sazişi ilə bağlı iş gedir. Amma layihədə real məsələlər öz həllini tapmayacaq.
Razılaşdırılmış prinsiplər əsasında, danışıqlar davam edəcək. Vaxtilə Minsk qrupu da bu məntiqlə işləyirdi. Xatırlayırsınızsa, Lissabon, Madrid kimi prinsiplər formalaşdırılmışdı. Yəni əvvəl prinsiplər razılaşdırılır, daha sonra onun əsasında substantiv məsələlər öz həllini tapır.
Sərhədlər müəyyən olunmamış sülhün əldə olunduğunu deyə bilərikmi? Əlbəttə, yox. Yaxud kommunikasiyalar mövzusu öz həllini tapmasa, sülhdən bəhs etmək olarmı? Siyasi məsuliyyət və cinayətkarların məsuliyyətə cəlb olunması baş tutmasa, sülh olacaqmı?
Bir çox misal gətirə bilərəm. Bəzi adamlar elə başa düşür ki, hansısa sənədə qol çəkiləndən sonra sülh bərqərar olacaq. Bu belə deyil. Münaqişənin içində olan problemlər həllini tapmalıdır. Ona görə də, sülh hələ də gündəm mövzusu deyil.
İndiki sənəddə göstərilir ki, tərəflər qarşılıqlı şəkildə öz ərazi bütövlüyünü tanıyacaqlar. Hansı ərazi bütövlüyü? Ermənistan onu bir şəkildə başa düşür, Azərbaycan başqa bir şəkildə.
Digər tərəfdən deyirlər ki, kommunikasiyalar açılsın. Çox gözəl, açılsın. Zəngəzur dəhlizi məsələsi hansı formada həll ediləcək?
Bu məsələlər öz həllini tapmalıdır”.
Nazim Hacıyev
COMMENTS