“Sumqayıt” Almaniya klubu ilə qarşılaşacaq

“Sumqayıt” Almaniya klubu ilə qarşılaşacaq

Mövsümün ikinci yarısına hazırlığını Antalyada davam etdirən “Sumqayıt” sabah növbəti yoxlama oyununu keçirəcək.

Qol.az xəbər verir ki, komanda Almaniya təmsilçisi “Berliner AK” klubu ilə qarşılaçacaq. 4-cü liqa klubu ilə matça Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Sumqayıt” Antalyadakı ilk yoxlama oyununda Polşa “Yagelloniya”sı ilə heç-heçə edib – 0:0.

DOSYE.ORG

COMMENTS