Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulur.
QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilir.
Əvvəlcə “Sumqayıt” “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Sumqayıt” 25 xalla 8-cidir. “Kəpəz” isə 22 xalla 9-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, “Sumqayıt”ın Misli Premyer Liqasında sonuncu qələbəsi 16-cı turda “Neftçi” üzərində (2:0) olmuşdu.
Bu gün “Neftçi” – “Turan Tovuz” matçı da keçiriləcək.
10 mart
17:00. “Sumqayıt” – “Kəpəz” – 3:0
Qol: Roi Kehat, 20, 51, Nihad Əhmədzadə, 90+3
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
“Neftçi Arena”
8 mart
“Araz-Naxçıvan” – “Qarabağ” – 1:3
9 mart
“Şamaxı” – “Sabah” – 1:0
“Zirə” – “Səbail” – 1:0
COMMENTS