“Sumqayıt” Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb

“Sumqayıt” Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

Dosye.org-un məlumatına görə, Sumqayıtda şəhərin eyni adlı təmsilçisi “Neftçi”ni qəbul edib.
“Kapital Bank Arena”da baş tutan görüşdə meydan sahibləri qələbə qazanıb – 1:0. “Ağ-qaralar”ın heyətində 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib.

Beləliklə, səfərdə keçirdiyi ilk oyunda 2 cavabsız qolla qalib gələn “Sumqayıt” yarımfinala vəsiqə qazanıb və “Zirə”yə rəqib olub.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab matçları isə mayın 1-də keçiriləcək.

“Zirə” komandası 1/4 finalda “Səbail”i mübarizədən kənarlaşdırıb.

Dosye.org

COMMENTS