Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb

Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb

Bu gün Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində qısa fasilə yaranıb.

Bunu Dosye.org-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.

Məlumata görə, fasilə təqribən 08:10 radələrində yaranıb.

“Buna səbəb elektrik enerjisinin açılması olub. Problem aradan qaldırılan kimi qatarın hərəkəti bərpa edilib”, – deyə məlumatda vurğulanıb.

Dosye.org

COMMENTS