Sumqayıt-Bakı yolunda nəqliyyatın hərəkəti iflic oldu – FOTO/VİDEO

Sumqayıt-Bakı yolunda nəqliyyatın hərəkəti iflic oldu – FOTO/VİDEO

Səhər saatlarından Sumqayıtdan Bakıya gedən istiqamətdə nəqliyyatın hərəkəti iflic olub. Oxu.Az xəbər verir ki, tıxac Masazır körpüsü yaxınlığından başlayıb, “20 Yanvar” dairəsinə qədər davam edir.

Sıxlığın yaranmasına səbəb yağışlı hava şəraitidir. Yaranmış tıxacın qarşısını almaq məqsədilə Saray postu istiqamətindən hərəkət məhdudlaşdırılır.

Avtomobillər hissə-hissə yola buraxılır.

COMMENTS