“Sumqayıt – çörək” şirkətinin mənfəəti bölüşdürülür, yeni sədr seçilir

“Sumqayıt – çörək” şirkətinin mənfəəti bölüşdürülür, yeni sədr seçilir

“Sumqayıt – çörək” Açıq Tipli Səhmdar Cəmiyyəti səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 7-nə planlaşdırılıb.

İclasda cəmiyyətin ötən il üçün maliyyə-təsərrüfat fəaliyyəti, maliyyə-təftiş komissiyasının hesabatı müzakirə ediləcək.

Həmçinin İdarə heyətinə, müşahidə şurasına, maliyyə-təftiş komissiyasına üzvlər, eləcə də İdarə heyətinə sədr seçiləcək.

Mənfəətin bölüşdürülməsi və əldə olunmuş xalis mənfəətdən istifadənin təyin edilib təsdiqlənməsi müzakirə olunacaq.

COMMENTS