Sumqayıt DYP-də cərimələr 3 dəfə şişirdilir

Sumqayıt DYP-də cərimələr 3 dəfə şişirdilir

Və ya 300 manatlıq cərimə 3 aydan sonra 900 manata necə çevrilib?

 

Sumqayıt Dövlət Yol Polisi İdarəsində sürücülərin etdiyi cərimələr bir neçə dəfə şişirdilir.

Bu barədə şəhər sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, sözügeən DYP-də hərc-mərclik hökm sürür və polis işçiləri onlara yazılmış cərimələrin gec ödənilməsi səbəbindən istənilən rəqəmi təqdim edirlər. Məsələn, bu yaxınlarda sürücülərdən birinin avtomobili Sumqayıt DYP-nin əməkdaşları tərəfindən saxlanılıb və sonra da cərimə meydançasına aparılıb.

Məlumat verən şəxslər qeyd edirlər ki, həmin sürücü cərimə meydançasından maşınını çıxarmaq istəyərkən, ondan 1000 manat pul tələb olunub. Səbəb kimi də, 3 ay bundan əvvəl yol hərəkət qaydalarını pozduğunu və bunun müqabilində 300 manat cərimə edildiyini deyiblər. Rəqəmin 1000 manata çatmasını isə gecikmə və üzərinə əlavə cərimənin gəlməsi ilə izah ediblər. Bu pulun yalnız 100 manatı maşının cərimə meydançasına gətirilmə xərci olduğu vurğulanıb.

Qeyd edək ki, qanunvericilikdə cərimənin qısa müddətdə bir neçə dəfə artması halı yoxdur. Düzdür, cərimə vaxtında ödənilmədiyi təqdirdə, üzərinə əlavə peniyalar gəlir. Amma həmin peniyaların miqdarı o qədər böyük deyil ki, 3 ay içində 300 manatlıq cərimə 900 manata qədər yüksəlsin. Görünür, Sumqayıt DYP-nin rəhbərliyi əlavə pul qazanmaq üçün yaxşı vasitə tapıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)

COMMENTS