Sumqayıt DYP-nin sürücülər üçün yeni “tələsi”

Adətən DYP işçilərinin Bakıda özbaşınalıqla məşğul olduğuna dair məlumatlar yayılarkən, son dövrlər Sumqqayıt şəhəri də bu “yarışa” qoşulmağa başlayıb. JAM.AZ Xeberle.com-a istinadən xəbər verir ki, sözügedən şəhərin sakini Sübhan Arifoğlu adlı sürücü DİN başçısı Ramil Usubova müraciət edərək, ondan yardım istəyib. 

S.Arifoğlu yazır ki, Sumqayıt şəhərində ailəsi ilə birlikdə Ticarət Mərkəzinin qarşısında maşının park etdikdən sonra, Şəhər DYPİ-nin əməkdaşı, Elnur Adil Oğlu Rəhimov onun avtomobilinə yaxınlaşaraq, fotolarını çəkib. “Su alıb geri qayıtdıqdan sonra həyat yoldaşım dedi ki, DYP əməkdaşı maşının fotolarını çəkib getdi. Onun arxasıyca getdim və 3326 dövlət nömrə nişanlı DYP maşınını axtarmağa başladım. Park etdiyim yerdən 15 aralıda Elnur Rəhimovla qarşılaşdıq və o, işarə verərək maşını yolun sağına çəkib saxlamağımı istədi. Mən də onun dediyi kimi etdim”.

Sumqayıt sakini daha sonra bildirir ki, elə DYP işçisi də bundan sonra qurduğu tələsini işə salıb. Belə ki, S.Arifoğlu əvvəlcə polisdən onun maşınının fotolarını çəkməyinin səbəblərini soruşub. DYP əməkdaşı isə ona cavab vermək əvəzinə, sənədlərini tələb edib. “Mənə dedi ki, sənədləri verim. Verdim və başladı protokol yazmağa. Niyə belə etdiyini dedikdə isə bildirdi ki, bayaq qaydaya uyğun maşını saxlasa da, indi aydalara uyğun olmayan şəkildə saxladığımdan cərimə olunuram. Ona işarə verərək məni saxlatdırdığını xatırlatdıqda isə cavab belə oldu ki, elə bir şey olmayıb”.

S.Arifoğlu qeyd edir ki, Sumqayıtda DYP əməkdaşları bununla sürücüləri cərimələmək üçün yeni vasitə “kəşf” ediblər. O, şəhərdə əksər sürücülərin belə vəziyyətləüzləşdiyini bildirərək, DİN başçısından yardım istəyib. O, baş verən özbaşınalıqlara son qoyulmasını xahiş edib. 

COMMENTS