“Sumqayıt” futbolçusu ilə müqaviləni uzatdı

“Sumqayıt” futbolçusu ilə müqaviləni uzatdı

“Sumqayıt” futbolçusu Ayxan Süleymanlı ilə müqavilə müddətini uzadıb. 

QOL.az klubun saytına istinadən xəbər verir ki, tərəflər arasında bu mövsümün sonunda başa çatacaq anlaşma 3+1 il şərti ilə artırılıb.

Qeyd edək ki, 20 yaşlı müdafiəçi 2022-ci ildən komandanın şərəfini qoruyur. O, bu vaxta qədər “Sumqayıt”ın heyətində 16 Premyer Liqa oyununda meydana çıxıb.

COMMENTS