Top.Mail.Ru

Sumqayıt polisi əməliyyat keçirdi

Sumqayıt polisi əməliyyat keçirdi

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.İbrahimovdan 3 kiloqram 200 qram, 3-cü PB-nin əməkdaşları tərəfindən şəhər sakinləri olan, əvvəllər məhkum olunmuş E.Abbasovdan 470 qram, A.Şahmuradovdan isə 490 qram, 4-cü PB-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şahbazovdan 465 qram marixuana aşkar edilərək götürülüb.

DOSYE.ORG

COMMENTS