Top.Mail.Ru

Sumqayıt sakini naməlum şəxs tərəfindən qətlə yetirildi

Sumqayıt sakini naməlum şəxs tərəfindən qətlə yetirildi

Sumqayıtda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Dosye.org  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində 9-cu mikrorayonda qeydə alınıb.

Ərazidə yerləşən marketlərin birinin qarşısında 1983-cü il təvəllüdlü Xəlilov Ramil Oruc oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan R.Orucov cərrahi əməliyyat olunmasına baxmayaraq ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS