Top.Mail.Ru

Sumqayıt sakinlərinin kabusuna çevrilən problem niyə həllini tapmır?

Sumqayıt sakinlərinin kabusuna çevrilən problem niyə həllini tapmır?

Sumqayıt şəhərində məişət tullantıları poliqonundakı zibillər istidən növbəti dəfə öz-özünə alışıb. Yanğın ötən gün gecə saatlarından başlayıb və səhərə qədər tüstülənmə müşahidə edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, poliqondakı qoxu, tüstü insanları ciddi narahat edir:

“Hər gün əməkdaşlarımız tərəfindən monitorinqlər aparılır. Dünən gecə saatlarında aparılan monitorinqlər zamanı poliqon ərazisində yanğının olduğu və tullantı kütləsinin yanması nəticəsində şəhərə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə xoşagəlməz iy-qoxunun, tüstünün yayıldığı müşahidə edildi”.

H.Əlizadə bildirib ki, Sumqayıt şəhərində havada tüstünün, xoşagəlməz qoxunun qeydə alınması çox təəssüf ki, son zamanlar vaxtaşırı müşahidə edilir və bununla bağlı xidmətə çoxsaylı şikayətlər daxil olur:

“Biz səlahiyyətlərimiz çərçivəsində dəfələrlə poliqonun rəhbərliyini cəzalandırmışıq. Lakin edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır”.

Xidmət rəsmisi problemin həllini yeni poliqonun tikilməsi, mövcud poliqonun düzgün idarə olunması və çeşidlənmənin təşkilində gördüyünü bildirib.

O qeyd edib ki, bu tədbirlərin görülməsi xidmətin deyil, aidiyyəti qurumların səlahiyyətindədir.

DOSYE.ORG

 

COMMENTS