Sumqayıt sel suları altında qaldı

Sumqayıtın mərkəzi küçələrində yağan yağışdan arzuolunmaz “yadigarlar” hələ də qalmaqdadır. Beləki, şəhərin əsas küçələrində dərinliyi 15-20 sm-dən çox olan gölməçələr yaranıb.

 “Yeni Müsavat”ın əməkdaşı sel sularına qərq olan Sumqayat  küçələrini lentə alıb. Görüntülərdə də əks olunduğu kimi, Heydər Əliyev prospekti yağış suları altında qalıb. Suötürücü qurğular olmadığından yağış suları yolda yığılaraq avtomobillərin hərəkətinə mane olub.

Sumqayıt sakinləri deyir ki, hər dəfə yağış yağanda şəhərin mərkəzi küçələrin keçilməz olur. Onların sözlərinə görə, Sumqayıtın elə yolları var ki, yağış yağanda oradan maşınla  da keçmək mümkün deyil.

Daha ətraflı təqdim etdiyimiz videosujetdən izləyin…

COMMENTS