Sumqayıt Telekommunikasiya Qovşağının rəisinin cinayətləri üzə çıxır

Zeynalovun əlaltısı Akif Əsgərov da həbs oluna bilər

Son bir həftədə MTN-lə bağlı baş verən olaylar cəmiyyəti şok vəziyyətində saxlayır.Demək olar ki, hər gün hansısa məmurun həbsi ilə nəticələnənən xəbərlər alırıq. Keçmiş nazir Eldar Mahmudovun cinayətkar şəbəkəsinin 11 ildən çox bir müddətdə törətdikləri dəhşətli əməllər tədricən aşkara çıxmağa başlayır.

Bir neçə gün öncə BTRİB-nin rəisi Beytulla Hüseynovun vəzifədən azad edilməsi və həbs edilməsi barəsində məlumatlar yayıldı. Onu barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 308.1-ci maddələri ilə cinayət işi qaldırılmışdır. Məlum olmuşdur ki, gizli danışıqları dinləmə prossesi məhz B.Hüseynovun razılığı və bilavasitə iştirakı ilə həyata keçirilmişdir.

Bu gün isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun həbs olunması xəbəri yayıldı. Qeyd edək ki, sözü gedən şəxs bir çox işlərdə B.Huseynovun şəriki olmaqla bərabər, MTN-ə yaxından bağlı persona idi. Onun qardaşı Vahid Zeynalov da MTN-nin söz sahibi olan əməkdaşlarından olub. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, vaxtilə Hacı Məmmədovun həbsi zamanı nazir Əli Abbasovun da adı bir çox olaylarda hallanırdı.

Onun bütün bu cəncəllərdən B.Huseynov və V.Zeynalov qurtarmışlar. Beləliklə, nazir öz əməkdaşlarına hər cəhətdən borclu qalır və bir növ onların əlində marionetkaya çevrilir. Digər mənbə isə bildirir ki, Beytulla Huseynov Əli Abbasdan göstərdiyi xidmətlərin əvəzi olaraq, “Aztelekom”-un sədri vəzifəsini istəmişdi.

Lakin sözü gedən vəzifəni tutan Məhəmməd Məmmədov, necə deyərlər, möhkəm “dirəndi” və effektiv tədbirlərə əl atdı. Beləliklə, Beytulla Hüseynovun və Akif Əsgərovdan 350 min manat rüşvət alan Vidadi Zeynalovun planları baş tutmadı. Hal-hazırda Sumqayıt Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyən Akif Əsgərov beləcə Zeynalovun toruna düşdü.

350 min manatı vermək istəməyən Aparat rəhbəri Əsgərovu öz çirkin əməllərində alətə çevirməyə müvəffəq oldu. Onu “Aztelekom”-a “itələyən” Zeynalov, bir növ Məhəmməd Məmmədovun boğazından keçməyən sümük halına gətirdi. Akif Əsgərov nazirliyin adamı kimi “Aztelekom”-da ilişib qaldı və bu qurumun rəhbərindən yuxarıya iş verməyə başladı.

Lakin Vidadi Zeynalovun Akif Əsgərov barəsində planları daha geniş və əhatəli idi. Mötəbər mənbənin bildirdiyinə görə, A.Əsgərov müəyyən şəxslərin çirkli və qaranlıq biznesini pərdələyən “kozyol opuşeniye” rolunu oynamışdır. Növbəti sayımızda bir çox mətləblərə aydınlıq gətirəcəyik və cəmiyyəti lərzəyə salacaq tənqidi məqalə təqdim edəcəyik. Mütləq izləyin, cinayətkar şəxslərin biznes şəbəkəsindən konkret faktlarla bəhs edəcəyik.

İntiqam Kürdoğlu

COMMENTS